Siyasət
Şahbaz Şərif Azərbaycana səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün ölkəmizə gələcək. Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.
Mənbə
oxu.az