Siyasət

Şahbaz Şərif Azərbaycana gəlir

11 Sep 2026, 12:32 3 baxış
Şahbaz Şərif Azərbaycana gəlir

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə Report-a diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.


Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.


Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər