İqtisadiyyat

Energetika naziri: "Strateji sazişin imzalanması isə bu əməkdaşlığı yeni mərhələyə daşıyacaq"

11 Sep 2026, 13:52 3 baxış
Energetika naziri: "Strateji sazişin imzalanması isə bu əməkdaşlığı yeni mərhələyə daşıyacaq"
"Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi isə ölkələrimizi Avropanın enerji sistemi ilə quru marşrutu üzrə birləşdirən daha bir strateji regional bağlantı olacaq". Oxu.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib. O bildirib ki, artıq layihənin texniki-iqtisadi əsaslandırılması və birgə müəssisənin yaradılması üzrə konkret addımlar atılır: "Strateji tərəfdaşlığa dair hökumətlərarası sazişin imzalanması isə bu əməkdaşlığı yeni mərhələyə daşıyacaq. Həmçinin 2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi layihəsində qardaş Türkiyənin də yer alması enerji müttəfiqliyimizin məntiqinə uyğundur".
Mənbə oxu.az

Oxşar Xəbərlər