Şou biznes

Qriqori Leps şəxsi həyatı ilə bağlı iddialara son qoydu

11 Sep 2026, 07:02 7 baxış
Qriqori Leps şəxsi həyatı ilə bağlı iddialara son qoydu
Müğənni Qriqori Leps hazırda həyatında heç kimin olmadığını və tənha yaşadığını etiraf edib. Oxu.Az Woman.ru-ya istinadən xəbər verir ki, sənətçi yeni evdə sevgilisi ilə birlikdə yaşaması barədə yayılan xəbərləri yalanlayıb. O, hazırda heç kimlə romantik münasibətdə olmadığını vurğulayıb. Leps həmçinin yeni daşınmaz əmlak alması barədə gəzən şayiələrə təəccübləndiyini gizlətməyib. "Yeni ev almışam? O! Sən demə, mən imkanlı adam imişəm, heç xəbərim də yoxdur. Hazırda yeni sevgidən daha çox, yeni evə hazıram", - deyə musiqiçi fikirlərini bölüşüb. Xatırladaq ki, iyul ayında Qriqori Leps Emin Ağalarova verdiyi müsahibəsində həyatında yeni birinin olduğuna işarə etmişdi. Sənətçi həmin vaxt həyatında sevdiyi bir qadının olduğunu bildirmişdi. Müğənni sevgilisinin onunla bir yerdə yaşamadığını qeyd etmişdi. Bununla yanaşı, sənətçi münasibətlərinin statusunu "hələ tam anlamadığını" da vurğulamışdı. Yanvarın 25-də isə Avrora Kiba özünün "Telegram" kanalında Qriqori Leps ilə yollarını ayırdığını elan edib. O, birlikdə olduqları müddətdə çoxlu "mehriban, isti və gözəl" anlar yaşadıqlarını, münasibətlərinin isə "minnətdarlıq və qarşılıqlı hörmət çərçivəsində" başa çatdığını diqqətə çatdırıb. Kibanın sözlərinə görə, o və Leps yaxın insanlar olaraq qalacaqlar, lakin artıq hər ikisi öz yolu ilə davam etməyə hazırdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər