Şou biznes

Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB

11 Sep 2026, 10:12 3 baxış
Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB
Avropa Yayım İttifaqı (EBU) Qazaxıstanın "Xabar" mediaholdinqinə "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyə icazə verməyib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri yayıb. EBU rədd cavabını dövlət telekanalının quruma tamhüquqlu üzv olmaq üçün tələb olunan meyarlara uyğun gəlməməsi ilə izah edib. Bu halda əsas səbəb coğrafidir - Qazaxıstan Avropa yayım zonasından kənarda yerləşir, həmçinin Avropa Şurasına daxil deyil və orada müşahidəçi statusuna sahib deyil. "Məhz bu səbəbdən "Xabar" agentliyinin hazırda tamhüquqlu üzvlük əldə etmək hüququ yoxdur", - deyə ittifaqdan bildirilib. Vurğulanır ki, EBU nizamnaməsinin yumşaldılmasına və bəzi qeyri-Avropa ölkələrindən olan yayımçıların ittifaqa daxil olmasına icazə verilməsinə baxmayaraq, Qazaxıstana imtina cavabı verilib. Məsələn, Avropa Şurasında müşahidəçi statusuna malik olan Kanada artıq gələn il mahnı müsabiqəsində debüt edəcək. Qazaxıstan isə 2018-2022-ci illər ərzində beş dəfə "Uşaq Avroviziyası"nda təmsil olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər