Cəmiyyət

20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir

10 Sep 2026, 18:42 1 baxış
20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir
Türkiyənin Bursa şəhərində Rusiya vətəndaşı olan həyat yoldaşı Arzu Xəlilovaya (20 yaş) 146 qayçı zərbəsi endirərək onu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Salıcan Mehmetin (28 yaş) məhkəmə prosesi davam edir. Oxu.Az bu barədə "Haber Türk" telekanalına istinadən xəbər verir. Prokurorluq təqsirləndirilən şəxs üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edir. Dəhşətli hadisə 2025-ci il noyabrın 3-də Yıldırım rayonunun Deyirmenlikızık məhəlləsində baş verib. Dörd il dini nikahda olduğu, iki uşaq anası olan Arzu Xəlilova ilə mübahisə edən Salıcan Mehmet ona 146 qayçı zərbəsi vurub. Ekspertizanın rəyinə əsasən, bu zərbələrdən 72-si ölümcül olub. * Türkiyədə azərbaycanlı arvadını öldürməkdə şübhəli bilinən şəxs həbs olundu Qeyd edək ki, Salıcan Mehmet daha əvvəl səkkiz dəfə məhkum olunub. Məhkəmənin ilk iclasında Arzunun anası Zülfiyyə Xəlilova iki nəvəsinin xətrinə kürəkənindən şikayətçi olmadığını bildirmişdi. Lakin ikinci iclasda o, artıq şikayətçi olduğunu bildirib və kürəkəninə ən ağır cəzanın verilməsini istəyib. Hüquqi prosesləri anlamadığını deyən Zülfiyyə Xəlilova ifadəsində bildirib: "Mən sadəcə onun cəzalandırılmasını istəyirəm. Əvvəlki dinləmədə şikayətçi olmadığımı demişdim, məni aldatdılar, anlamadım. İşdə iştirak etmək istəmədiyimi bildirmişdim. Lakin məsələnin hüquqi tərəflərini bilmirdim. İndi isə müqəssirdən rəsmən şikayətçiyəm". Bursa 19-cu Ağır Cəza Məhkəməsi təqsirləndirilən şəxsin psixi sağlamlığının müəyyən edilməsi üçün İstanbul Məhkəmə Tibb Ekspertizasına sorğu göndərilməsinə və onun həbsdə qalmasına qərar verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər