Digər

Kim Çen İnin daha bir uşağı var: Varis kim olacaq?

10 Sep 2026, 18:03 3 baxış
Kim Çen İnin daha bir uşağı var: Varis kim olacaq?

Şimali Koreya lideri Kim Çen İnin daha bir qızı və ya oğlu var.


Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti məlumat yayıb.


“Uşağın cinsi hələlik məlum deyil. Şimali Koreya liderinin əvvəllər də varlığı barədə ehtimallar irəli sürülən oğlunun olub-olmadığı araşdırılır. Hətta oğlunun olduğu təsdiqlənsə belə, bu, Kim Çen İnın varisi ilə bağlı mövcud mənzərəni dəyişmir. Hazırda qızı Kim Çju E rəsmi olaraq varis kimi təsdiqlənmə prosesindədir”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər