Dünya

Niderlandda Qərbi Nil virusundan üç nəfər öldü

10 Sep 2026, 17:24 7 baxış
Niderlandda Qərbi Nil virusundan üç nəfər öldü
Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində üç nəfər dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə nu.nl portalı İctimai Səhiyyə və Ətraf Mühit üzrə Milli İnstitutun (RIVM) məlumatlarına istinadən məlumat yayıb. Məlumata görə, ölkə ərazisində sözügedən virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 18-ə yüksəlib. Qeyd edək ki, virusdan ilk ölüm halı barədə məlumat avqust ayında ictimaiyyətə açıqlanmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər