Kriminal
ABŞ-də iki bacının qətlinin üstü 53 ildən sonra açıldı - FOTO
ABŞ-nin Florida ştatında hüquq-mühafizə orqanları iki bacının qətlə yetirilməsində şübhəli bilinən şəxsi 53 ildən sonra müəyyənləşdiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Məlumata görə, 18 yaşlı Marqerit Cenkins və 16 yaşlı Meri Cenkinsin meyitləri 1973-cü il mayın 3-də meşəlik ərazidə aşkar olunmuşdu. Onlar amansızcasına döyülmüş və odlu silahla vurulmuşdular. Bacılar Floridaya istirahət məqsədilə yollanmışdılar. Polis hadisə ilə bağlı heç bir detal üzə çıxara bilməmişdi. Qızların böyük bacısı qeyd edib ki, anası ilə birgə müstəqil şəkildə araşdırma aparmağa çalışsalar da bu addımlar heç bir nəticə verməyib. İstintaqda irəliləyiş 2018-ci ildə qeydə alınıb. Həmin vaxt Florida Hüquq-Mühafizə Orqanları Departamentinin (FDLE) ekspertləri qurbanlardan birinin geyimindəki qan ləkəsindən götürülmüş kişi DNT profilindən əlavə markerlər əldə ediblər. 2023-cü ildə mütəxəssislər daha tam bir profil formalaşdırmağa nail olublar, üç il sonra isə şübhəlini tam olaraq müəyyənləşdiriblər. Cinayəti törədən şəxsin Devid Allen Snayder olduğu aydınlaşıb. O, 1972-1974-cü illərdə qızların tapıldığı ərazinin yaxınlığında məskunlaşıb. Ancaq qatili ədalət məhkəməsi qarşısına çıxarmaq mümkün deyil, o, 2008-ci ildə ölüb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az