İdman
"Sabah"ın 19 yaşadək futbolçuları UEFA Gənclər Liqasında ilk matça çıxırlar
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək. Oxu.Az xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçisi olduğu komanda səfərdə "Mançester Yunayted"in U-19 kollektivinin qonağı olacaq. Qarşılaşma İngiltərənin Li şəhərində yerləşən "Li Sports Villic" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçı Belçikadan olan FIFA referisi Simon Burdodui idarə edəcək. Qeyd edək ki, "Sabah" U-19 komandası tarixində ilk dəfə iştirak etdiyi UEFA Gənclər Liqasının əsas mərhələsində "Barselona", "Vilyarreal", "Borussiya Dortmund", "Slaviya Praqa" və "Vikinq"lə də qarşılaşacaq.
Mənbə
oxu.az