Dünya
Peruda zəlzələ baş verib
Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" agentliyi ölkənin Milli Seysmoloji Mərkəzinə istinadən məlumat verib. Məlumata görə, zəlzələnin episentri Kondorkanki əyalətinin paytaxtı Santa-Mariya-de-Nyevadan 92 km şimal-şərqdə, ocağı isə 15 km dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat yoxdur.
Mənbə
oxu.az