Dünya

ABŞ-li nazir qurultayda qadın konqresmenə qarşı qeyri-etik hərəkət etdi - VİDEO

10 Sep 2026, 11:52 4 baxış
ABŞ-li nazir qurultayda qadın konqresmenə qarşı qeyri-etik hərəkət etdi - VİDEO
ABŞ-nin mənzil tikintisi və şəhər inkişafı naziri Skott Ternerin Respublikaçılar partiyasının Texasda baş tutan qurultayı zamanı konqresmen Anna Paulina Lunanın ombasına sillə vurmağa cəhd göstərdiyi iddia edilir. Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

"Terner səhnədən düşərkən əlini qəfildən aşağı salıb və arxaya doğru uzadıb. Həmin an Luna onun yanından keçirdi", - deyə yazıda bildirilir. Eyni zamanda konqresmen məmurun hərəkətinə heç bir reaksiya verməyərək mikrofon istiqamətində yoluna davam edib. Video yayıldıqdan sonra "The Independent" qəzeti şərh almaq üçün Lunaya və ABŞ-ın Mənzil Tikintisi və Şəhər İnkişafı Nazirliyinə müraciət edib. Ancaq materialın dərc olunduğu ana qədər tərəflərin hadisə ilə bağlı mövqeyi təqdim edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər