İdman

Xaricdə yaşayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradılır

09 Sep 2026, 21:36 3 baxış
Xaricdə yaşayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradılır
AFFA xaricdə yaşayan və azərbaycanlı futbolçularla bağlı məlumat bazasının yaradılması istiqamətində işə başlayıb. Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Məqsəd 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların futbol karyerasını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır. AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq məlumatlara futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, eləcə də daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar daxildir. Federasiyanın bu addımı xaricdə yaşayan azərbaycanlı futbolçuların müəyyənləşdirilməsi, onların inkişafının yaxından izlənilməsi və gələcək layihələrə cəlb olunması məqsədi daşıyır.
Mənbə oxu.az

Oxşar Xəbərlər