Dünya

Türkiyədə avtomobil təmiri sexində dəhşətli hadisə: 13 yaşlı usta köməkçisi həyatını itirdi - VİDEO

09 Sep 2026, 14:54 38 baxış
Türkiyədə avtomobil təmiri sexində dəhşətli hadisə: 13 yaşlı usta köməkçisi həyatını itirdi - VİDEO
Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda avtomobil təmiri sexində maşına texniki xidmət zamanı mühərrik bölməsində partlayış baş verib. Partlayış nəticəsində mühərrikdən qopan hissələrdən biri həmin vaxt avtomobilin texniki xidməti ilə məşğul olan və usta köməkçisi kimi işləyən 13 yaşlı Tunç Çamın başına dəyib. Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.

Məlumata görə, naməlum səbəbdən baş verən partlayış nəticəsində Tunç Çam həyatını itirib. Hadisə yerinə müvafiq qruplar göndərilib və araşdırma başlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər