Cəmiyyət
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər - FOTO
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Xankəndi şəhərinə səfər edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər. Qonaqlar Zəfər parkı barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Zəfər parkında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə əks olunub. Qonaqların diqqətinə çatdırılıb ki, parkın inşası zamanı hər bir detal xüsusilə işlənib və onların rəmzi mənası var. Belə ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Pilləkənlərin üzərində 44 gün davam edən müharibənin hər gün üçün məlumatları və azad edilən yaşayış məntəqələrinin adları, həmçinin xüsusi lövhələrdə 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələri barədə məlumatlar qeyd olunub. Daha sonra qonaqlar Xankəndidəki Zəfər meydanını da gəziblər, onlara bu məkan barədə ətraflı məlumat verilib. Ardınca qonaqlar seyrəngahdan şəhəri seyr edib, xatirə fotoları çəkdiriblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az