Cəmiyyət

Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

09 Sep 2026, 12:52 4 baxış
Bakının bu rayonlarında təbii artım azaldı - Statistika

Bakının 9 rayonunda əhalinin təbii artımı, 4 rayonunda isə doğum sayında azalma qeydə alınıb.


Bu barədə Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumatda bildirilib.


Məlumata görə, ən yüksək təbii artım Qaradağ rayonunda (250 nəfər) olub.


Sonrakı yerlərdə Xətai (168 nəfər), Suraxanı (116 nəfər), Xəzər (58 nəfər) və Binəqədi (42 nəfər) rayonları qərarlaşıb.


Təbii artımda azalma isə 4 rayonda qeydə alınıb. Ən böyük azalma Sabunçu rayonunda (-52) olub. Bu göstərici Nərimanov rayonunda 18 nəfər, Nizami rayonunda 4 nəfər, Pirallahı rayonunda isə 1 nəfər təşkil edib.

Mənbə axar.az

Oxşar Xəbərlər