Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?
Rusiya rəsmilərinin az qala tamamı Ermənistan hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirərkən, Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka iki ölkə arasındakı münasibətləri normal adlandırıb. Bunun səbəbi sadədir. “Rossotrudniçestvo” Ermənistanın iki şəhəri - Artaşat və Aştarekdə “Rus evləri” açacaq. Ona görə də bu təşkilatın rəhbəri “münasibətlərin normal” olduğunu bildirib. Halbuki reallıq fərqlidir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir. Bir sıra ölkələrdə “Rus evi”nin fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, “Rossotrudniçestvo” Ermənistanla yanaşı, müxtəlif ölkələrdə əlavə olaraq 11 “Rus evi” açmağı planlaşdırıb. Görəsən Rusiyanın Ermənistana təsir alətlərini neytrallaşdırmağa çalışan Baş nazir Nikol Paşinyan hansı məntiqlə ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verib?” – politoloq vurğulayıb.