Dünya
Kuba liderindən sərt bəyanat: "Ölkəmiz heç bir imperiyanın müstəmləkəsi olmayacaq"
"Kuba heç bir imperiyanın yenidən müstəmləkəsinə çevrilməyəcəyini qəti şəkildə bəyan edir". Oxu.Az xəbər verir ki, bunu Kubanın Prezidenti Migel Dias-Kanel deyib. Dövlət başçısı "X" hesabında yazıb: "İki imperiyanın müstəmləkəsi və neomüstəmləkəsi olmağın nə demək olduğunu yaxşı dərk edən Kuba, onlardan heç birinin bir daha asılılığına düşməyəcəyinə tam əmindir". Dias-Kanel əlavə edib ki, müstəqillik, suverenlik və öz müqəddəratını təyin etmək hüququ uğrunda tökülən qanlar hədər getməyib və ölkə özünü sonadək müdafiə edəcək. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 7-də "Truth Social" şəbəkəsində Kanada, Meksika, bəzi Mərkəzi Amerika və Karib dənizi ölkələrinin, o cümlədən Kuba və Qrenlandiyanın ölkəsinin bayrağının rənglərinə boyandığı bir xəritə yayımlayıb. Tramp bu təsvirə hər hansı bir şərh əlavə etməyib. Ağ Ev rəhbəri bundan əvvəl də dəfələrlə bəzi ərazilərin, xüsusən Kanadanın və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-nin tərkibinə qatılması ehtimalları barədə fikirlər səsləndirmişdi. Bundan başqa, Tramp sosial şəbəkədə ABŞ ştatı Nyu-Meksikonun adının Nyu-Amerika kimi göstərildiyi bir neçə xəritə də paylaşıb. ABŞ lideri bu cür ad dəyişikliyini dəstəklədiyini bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər