Dünya

Trampa etiraz: Kanadada "amerikano" qəhvəsi yenidən "kanadiano" ilə əvəz edilir

09 Sep 2026, 07:02 5 baxış
Trampa etiraz: Kanadada "amerikano" qəhvəsi yenidən "kanadiano" ilə əvəz edilir
Kanada kafelərində ənənəvi "amerikano" qəhvəsi "kanadiano" ilə əvəz edilir. Oxu.Az "Sinhua" agentliyinə istinadən xəbər verir ki, iaşə obyektləri bununla ABŞ və Kanada arasındakı ticarət gərginliyinə öz münasibətlərini bildirirlər. Ottavada yerləşən kafelərdən biri "amerikano"nu menyusundan çıxararaq adını "kanadiano" olaraq dəyişdirib. Qeyd edək ki, Kanada kafelərində "amerikano"nun adının siyasi etiraz vasitəsi kimi dəyişdirilməsi ilk belə hal deyil. Ötən il Toronto şəhərindəki bəzi qəhvəxanalar da Donald Trampın yürütdüyü siyasətə etiraz olaraq bu içkini "kanadiano" adlandırmışdılar. Xatırladaq ki, ABŞ prezidentinin Kanada mallarına 50 faizlik gömrük rüsumu tətbiq etməsindən sonra iki ölkə arasında ticarət gərginliyi daha da kəskinləşib. Buna cavab olaraq rəsmi Ottava adekvat tədbirlər görəcəyini açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər