İdman
UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı
UFC ötən həftə sonu Parisdə baş tutan turnirin ardınca çəki dərəcələri üzrə ən son reytinq cədvəlini yeniləyib. Oxu.Az xəbər verir ki, yüngül çəki dərəcəsində Səlahəddin Parnas Dan Hoker üzərindəki qələbədən sonra reytinq cədvəlinə birbaşa 9-cu pillədən giriş edib. Azərbaycanı təmsil edən döyüşçü Rafael Fiziyev yenidən reytinqin ən yaxşı onluğundda öz yerini alıb. Qeyd edək ki, orta çəki dərəcəsində də yerdəyişmələr baş verib. Şarabutdin Maqomedov "top-15" siyahısındakı mövqeyini bərpa etdiyi halda, Abusupyan Maqomedov irəliyə doğru iki addım ataraq 12-ci sıraya yerləşib.
Mənbə
oxu.az