Digər

İsraildən Britaniya ilə bağlı sərt addım

08 Sep 2026, 20:38 4 baxış
İsraildən Britaniya ilə bağlı sərt addım

İsrail Şərqi Qüdsdəki Böyük Britaniya konsulluğunu bağlayacaq.


Axar.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.


Nazir Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məskənlərinə qarşı sanksiyalarına cavab olaraq sözügedən addımın atılacağını vurğulayıb.


Bundan əlavə, Kiryat-Qatdakı Mülki-Hərbi Koordinasiya Mərkəzində Britaniya nümayəndələrinin işi dayandırılacaq və 12 seçilmiş Britaniya nümayəndəsinin və Birləşmiş Krallığın digər vətəndaşlarının İsrailə girişi qadağan ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər