Dünya
SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri ABŞ-yə məxsus müasir "Dive-LD" avtonom sualtı aparatını ələ keçirdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin bəyanatında deyilir. "ABŞ ordusunun ən müasir intellektual pilotsuz sualtı aparatlarından biri Hörmüz boğazının girişində ələ keçirilib", - açıqlamada bildirilir. Qeyd olunur ki, "Dive-LD" avtonom sualtı pilotsuz aparatı 2025-ci ildən ABŞ donanmasına tədarük edilməyə başlayıb.
Mənbə
oxu.az