Cəmiyyət
Bakının bu rayonu qaranlığa qərq oldu
Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən bir sıra çoxmərtəbəli binalarda elektrik enerjisi kəsilib.
Axar.az xəbər verir ki, bu barədə Bakupost.az-a sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, təxminən, saat 21 radələrində bir neçə binada eyni vaxtda işıqlar sönüb.
Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi və bərpa olunacağı vaxt məlum deyil.
Mənbə
axar.az