Kriminal
Suraxanıda ƏMƏLİYYAT: 14 kiloqrama yaxın narkotik aşkarlandı - FOTO
Paytaxtın Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Oxu.Az xəbər verir ki, tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb. Onun üzərindən 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə
oxu.az