Kriminal

Şəkidə istirahət mərkəzində faciə: kanat qırıldı, ölənlər var

08 Sep 2026, 18:38 2 baxış
Şəkidə istirahət mərkəzində faciə: kanat qırıldı, ölənlər var

Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinçağırış qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.


Vurğulanıb ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.


Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər