Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar
Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, qərarda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1113 (Cild I); 2024, № 9, maddə 1092) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “15” rəqəmləri “17” rəqəmləri ilə əvəz edilsin.
2. “Kollegiyanın üzvləri:” bölməsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini və müavinləri
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri və müavinləri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyinin sədri.”.