İdman
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırdı - FOTO
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski komandadan ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi ilə Polşanın "Vyeçista" klubu arasında aparılan danışıqlar uğurla yekunlaşıb və futbolçunun istəyi nəzərə alınaraq müsbət qərar qəbul edilib. Xatırladaq ki, 2024-cü ilin yayında "Qarabağ"a keçən Koxalski Ağdam klubunun heyətində 76 oyuna çıxıb. Polşalı qapıçı 2024/25 mövsümündə komanda ilə Azərbaycan çempionu olub, həmçinin UEFA Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-off mərhələsinə qədər irəliləyib. Koxalski turnirdə etdiyi 40 seyvlə bu göstəricidə ilk üçlükdə yer alıb. Qeyd edək ki, bu yay heyətində ciddi dəyişikliklərə gedən "Qarabağ" klubundan daha əvvəl Emmanuel Addai, Sami Mmaee, Ramil Şeydayev, Toral Bayramov, Kevin Medina, Leandro Andrade, Amin Ramazanov və Kamilo Duran, Dani Bolt kimi futbolçular da ayrılıblar.
Mənbə
oxu.az