Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?
ABŞ Azərbaycanla sülh sazişini paraflamaq üçün Ermənistana çip texnologiyasına çıxışı təmin etmək sözü verib.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə "Vol Strit Jurnal" nəşri çıxış edib.
Nəşr bu məlumatı danışıqlarda iştirak edən mənbələrdən əldə etdiyini yazır. Mənbələr bildirir ki, Ermənistanın “Firebird AB (Aİ)” mərkəzinin yaradılması üçün “Nvidia” prosessorlarını almaq icazəsi uzadılacaq.
“Əvvəllər texnologiya ixracı ilə bağlı icazə müddətinin uzadılmasının sülh danışıqları ilə əlaqəsi haqda heç bir qeyd yox idi. Bu, qabaqcıl texnologiyalara və hesablama texnologiyasına çıxışın xarici siyasət və diplomatiyanın alətinə çevrilməsi, belə demək mümkünsə, “çip diplomatiyası”nın ən qeyri-aid təzahürlərindən biridir. 2025-ci ilin yayında amerikalı diplomatlar ABŞ texnologiyasının Ermənistanda yerləşdirilməsini Azərbaycanla sülh bağlanması üçün əlavə stimul kimi nəzərdən keçirməyə başladılar. Xüsusilə ABŞ-ın İrəvandakı o vaxtkı səfiri Kristina Kuinn və ABŞ Administrasiyasının digər yüksək rəsmiləri Ticarət Nazirliyinə müraciət edərək, Ermənistanın əvvəllər tədarükünə icazə verilməyən daha güclü “Nvidia” çiplərini almasına şəraitin yaradılmasını istədilər. Məqsəd belə idi ki, Ermənistan təkcə siyasi təminatlar deyil, həm də sülhün praktiki faydalarından biri olacaq konkret iqtisadi və texnoloji dividentlər əldə edir. Səfir Kuinn danışıqlar prosesində iştirak etdi, daha sonra “Nvidia” komponentini “tapmacanın vacib hissəsi” adlandırdı. ABŞ eyni zamanda, Ermənistan və Azərbaycanla daha geniş iqtisadi əməkdaşlıq proqramını irəli sürdü. Bu prosesdə əsas məqam böyük məlumatların emalı və süni intellekt üçün texnoloji mərkəz olacaq Ermənistanın “Firebird” layihəsi idi”, - nəşr qeyd edir.
VSJ vurğulayır ki, Ermənistanda on minlərlə müasir “Nvidia” prosessorunu işlədə bilən infrastruktur qurulacaq:
“Layihə Ermənistanı rəqəmsal hesablama texnologiyaları üzrə regional mərkəzə çevirə, süni intellekti inkişaf etdirmək və idarə etmək üçün daha böyük imkanlara ehtiyacı olan beynəlxalq şirkətləri cəlb edə bilər. İlk mərhələdə “Firebird” süni intellekt texnologiyaları sahəsində iş və təlim üçün geniş istifadə olunan altı min ədəd GPU qrafik prosessorunun idxalını təklif edib. Lakin sülh müqaviləsinin paraflanmasından sonra daha böyük tədarük mümkün olub. Müqavilənin paraflanmasından sonra ABŞ tərəfi öz vədinə əməl edərək, on minlərlə ən müasir “Nvidia GB300” prosessorunun tədarükünü təsdiqləyib. Amerikalı diplomatlar bunu sülh prosesinin ən vacib praktiki nəticəsi hesab edirlər. Ermənistan rəhbərliyi üçün “Firebird” layihəsi təkcə texnologiya deyil, həm də siyasi əhəmiyyətə malikdir. Müasir Amerika texnologiyalarına çıxış əldə edən Ermənistan bunu Azərbaycanla sülhün konkret iqtisadi dividentlər gətirəcəyinin isbatı kimi təqdim edir”.
Danışıqlarda ABŞ komandasının tərkibində yer alan respublikaçı senator Stiven Deyns bildirib ki, çiplərin alınması mühüm siyasi nəticədir. Lakin rəsmi İrəvan Azərbaycanla sülhün yalnız çiplərin alınması hesabına bağlanmadığını deyib.
VSJ yazır ki, Azərbaycan sülhün bağlanması üçün bu cür iqtisadi təşviqlərin məcburi olmadığını hesab edir: “Sülhün bağlanması üçün Bakının bu cür təşviqedici komponentlərə ehtiyacı yox idi. Bakı bildirib ki, “müharibədə qalib gəlib və sülh prosesində də qalib gəlmək istəyirlər”.
Nəşr əlavə edib ki, “Nvidia” ilə Ermənistan rəhbərliyi arasında əlaqələrin qurulmasında şirkətin erməni əsilli rəhbərlərindən olan Rev Lebardyan mühüm rol oynayıb.