Dünya

"Volkswagen" İtaliyanın "Ducati" motosiklet brendini sata bilər

08 Sep 2026, 14:52 3 baxış
"Volkswagen" İtaliyanın "Ducati" motosiklet brendini sata bilər
Almaniyanın avtomobil istehsalçısı olan "Volkswagen" konserni öz aktivlərinin yoxlanılması prosesi daxilində İtaliya motosiklet brendi - "Ducati"nin satış imkanlarını nəzərdən keçirir. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə verdiyi müsahibəsində "Audi" şirkətinin ("Volkswagen" konserninə aiddir - red.) baş direktoru Qernot Döllner məlumat verib. "Volkswagen"də biz aktivlər portfelinin intizamlı və məsuliyyətli idarə olunması prinsiplərinə sadiqik. "Ducati"nin gələcəyi ilə bağlı müzakirələr yenidən dəyərləndirmə prosesinin bir hissəsidir, lakin hələ heç bir qərar qəbul edilməyib", - deyə şirkət rəhbəri bildirib. Onun sözlərinə görə, Avropanın ən böyük avtomobil istehsalçısının rəqabətədavamlılığını artırmaq cəhdləri fonunda mərkəzi Bolonyada yerləşən müəssisənin ehtimal olunan satışı konsernə 1.5 milyard dollara qədər gəlir gətirə bilər. Ümumilikdə, restrukturizasiya tədbirləri çərçivəsində Almaniya konserni idarəçiliyində olan 2 min şirkətdən 600-nün gələcək taleyini sual altında qoyacaq. "Bloomberg" xatırladır ki, "Volkswagen" hələ 2017-ci ildə də "Ducati"ni satmaq imkanını araşdırıb, lakin həmkarlar ittifaqlarının müqaviməti səbəbindən bu fikrindən imtina edib. "Volkswagen" konserninin rəhbəri Oliver Blume bir müddət əvvəl bəyan etmişdi ki, şirkət sərt qənaət rejimi çərçivəsində idarəedici heyətin 25 faizini ixtisar etməyi hədəfləyir. Xatırladaq ki, yaz aylarında Blume yeni inkişaf strategiyasının hazırlanmasına başlandığını və maliyyə qənaəti addımlarının daha da kəskinləşdiriləcəyini vurğulamışdı. Bunun ardınca Almaniya avtomobil nəhənginin Müşahidə Şurası genişmiqyaslı restrukturizasiya planına rəsmi olaraq razılıq verib. Təsdiq olunmuş bu layihəyə əsasən, avtomobil istehsalçı ümumilikdə 50 min iş yerini ləğv edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər