Dünya
İranın şimalında güclü leysan daşqınlara səbəb oldu - VİDEO
İranın şimal bölgələrində yağan şiddətli yağışlar bir sıra yaşayış məntəqələrində küçələrin və ictimai yerlərin su altında qalması ilə nəticələnib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, ən güclü yağıntılar Mazandaran əyalətinin mərkəzi və şərq hissələrində qeydə alınıb. Bəzi ərazilərdə daşqınlar baş verib və nəqliyyat vasitələrinin hərəkətində ciddi fasilələr yaranıb. Səth sularının çoxalması, eləcə də çaylarda və su kanallarında suyun səviyyəsinin qalxması səbəbindən həssas bölgələrdə yeni daşqınların baş verməsi və ziyanın artması təhlükəsi hələ də qalmaqdadır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər