Dünya
Çində daşqınlarda ölənlərin sayı beşə çatıb
Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində baş verən palçıq və daş seli nəticəsində ən azı beş nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Təbii fəlakət sentyabrın 5-də səhər saatlarında Tsziyan şəhər dairəsində qeydə alınıb. Hazırda yeddi nəfərin itkin düşdüyü bildirilir. Güclü axın səkkiz yaşayış evini tamamilə yerlə bir edib, daha dörd binaya isə cüzi ziyan dəyib. Fəlakət bölgəsində 170-dən çox şəxsin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bununla yanaşı, yolların möhkəmləndirilməsi və yeni geoloji fəlakətlərin qarşısının alınması məqsədilə mühəndislik işləri də həyata keçirilir. Qeyd edək ki, bundan əvvəl sözügedən region "Saudel" tayfununun təsirinə məruz qalmış və bu səbəbdən bölgədə aramsız leysan yağmışdı.
Mənbə
oxu.az