Kriminal

Akademik Pərviz Məmmədov vəfat edib

08 Sep 2026, 01:16 2 baxış
Akademik Pərviz Məmmədov vəfat edib
Geofizik alim, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, professor Pərviz Ziya oğlu Məmmədov 89 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti məlumat yayıb. Qeyd edək ki, Pərviz Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-geofizik ixtisası üzrə bitirib. 1967-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1993-cü ildə professor elmi adına layiq görülüb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. Akademik P.Məmmədov seysmik dalğaların spektral analizi, seysmostratigrafiya, Cənubi Xəzər meqaçökəkliyinin geoloji quruluşunun tədqiqi və neft-qaz yataqlarının aşkar olunması istiqamətlərində mühüm elmi nəticələr əldə edib. O, 240-dan artıq elmi əsərin və bir monoqrafiyanın müəllifi olub, çoxsaylı alim və mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb. Alimin elmi xidmətləri bir sıra nüfuzlu mükafat və təltiflərlə qiymətləndirilib. O, beynəlxalq elmi təşkilatların üzvü olub, "Rusiyanın görkəmli geofizikləri" ensiklopediyasına daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər