Dünya

Husilər qaçqın düşərgəsinə raket zərbəsi endiriblər

07 Sep 2026, 23:20 2 baxış
Husilər qaçqın düşərgəsinə raket zərbəsi endiriblər
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının tərəfdarları (husilər) Marib əyalətinin şimal hissəsində yerləşən qaçqın düşərgəsinə raket zərbəsi endiriblər. Hücum nəticəsində ölən və yaralananlar var. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, husilər müvəqqəti köçkünlərin yerləşdirildiyi düşərgəyə ballistik raketlə hücum ediblər. Qaçqınlar arasında ölən və yaralananlar var. Onların dəqiq sayı açıqlanmır. Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir. 2026-cı ilin yayında ölkədə vəziyyət yenidən kəskin şəkildə gərginləşib. Avqustun 14-də "Ənsar Allah" dəstələri Qırmızı dəniz sahilindəki Moxa limanına kütləvi raket zərbəsi endiriblər ki, bu da limanın fəaliyyətinin tam dayandırılmasına səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər