Dünya

Boliviyada hərbi obyektdə baş verən partlayışda ölənlərin sayı artıb

07 Sep 2026, 22:36 4 baxış
Boliviyada hərbi obyektdə baş verən partlayışda ölənlərin sayı artıb
Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Boliviya Müdafiə Nazirliyi məlumat yayıb. Həmçinin bildirilir ki, ölənlər arasında bir serjant və altı çağırışçı olub. Hazırda operativ xidmətlər dağıntıları təmizləyirlər. Xatırladaq ki, sentyabrın 4-də pirotexniki materialların olduğu obyektin bir hissəsində partlayış baş verib. Hadisənin səbəbləri hələlik açıqlanmır.
Mənbə oxu.az

Oxşar Xəbərlər