Cəmiyyət
Qazinin əlilliyi niyə dayandırılıb? - VİDEO
Famil Üzeyirov İkinci Qarabağ müharibəsi əlili olduğunu bildirir. Oxu.Az Baku TV-yə istinadən bildirir ki, onun sözlərinə görə, əlillik müddəti iyulun 5-də başa çatıb və bundan sonra əlilliyi dayandırılıb. Vətəndaş əlilliyin yenidən müəyyən edilməsi üçün tələb olunan sənədləri hazırlayaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasına təqdim edib. Lakin onun iddiasına görə, artıq iki aydır ki, "Forma 88"in hazırlanmasını gözləyir.
"İyul ayının 5-i əlilliyimin müddəti bitdi. Dedikləri kimi, bütün sənədlərimi toplayıb təqdim etdim. Sentyabrın 1-də heç bir əmr çıxmadığına görə xəstəxanaya yaxınlaşdım. Abşeron Rayon Mərkəzi Xəstəxanasında cərraha müraciət etdim və soruşdum ki, sənədlərim sistemə vurulub, ya yox. Pəncərədən sənədləri götürüb mənə təqdim etdi və bildirdi ki, hələ sistemə vurulmayıb. Səbəbini soruşanda dedi ki, yenidən travmatologiyaya getməliyəm. Travmatologiyaya getdim, müayinədən keçdim və sənədləri təsdiqlətdim. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Bildirdilər ki, TƏBİB-ə müraciət etməliyəm. TƏBİB-ə yaxınlaşdım. Orada bir xanım məni qəbul etdi və dedi ki, xəstəxananın baş həkimi məni yanına çağıracaq və orada mənə köməklik göstərəcəklər. Artıq dörd gündür nə zəng gəlir, nə də başqa bir məlumat verilir. Beş ildir ayağımdan çirk gəlir, hələ də sağalmayıb. Beş ildir ki, bu vəziyyətdə yaşayıram", - o söyləyib. Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, tibbi sənədləşmə zamanı həkim-travmatoloqun rəyində çatışmazlıq müəyyən edilib. Rəyin tamamlanması üçün vətəndaşın təkrar müayinədən keçməsi tələb olunsa da, o, tibb müəssisəsinə yenidən müraciət etməyib. Bu səbəbdən "Forma 88"in rəsmiləşdirilməsi mümkün olmayıb. Vətəndaş tələb olunan tibbi müayinədən keçdikdən sonra sənədləşmə qanunvericiliyin tələblərinə uyğun olaraq tamamlanacaq. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə qeyd edilib ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Famil Üzeyirovun təyin olunmuş əlillik müddəti iyul ayında başa çatıb. Hazırda vətəndaşla bağlı elektron sistemə heç bir məlumat daxil edilməyib. Tibb müəssisəsi tərəfindən şəxs üçün yeni "Forma 88" sənədi rəsmiləşdirildiyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilə bilər.

Mənbə
oxu.az