Cəmiyyət

Bu ərazilərdə qaz olmayacaq

07 Sep 2026, 22:51 3 baxış
Bu ərazilərdə qaz olmayacaq

Yevlax və Bərdə rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Axar.az bildirir ki, bu barədə Tərtər Rayon Qaz İstismarı İdarəsindən məlumat verilib.


Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərlərinə yeni çəkilmiş kəmərin qoşulması ilə əlaqədar sentyabrın 8-də saat 07:00-dan sentyabrın 10-da işlər başa çatanadək Yevlax rayonunun bir sıra kəndlərinin və Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər