Dünya
"Formula-1"in sabiq rəhbəri Portuqaliyada həbs olundu
"Formula-1"in sabiq rəhbəri Berni Ekklstoun qanunsuz silah gəzdirdiyinə görə Portuqaliyada həbs olunub. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 95 yaşlı britaniyalı sahibkar şəxsi təyyarəsi ilə yerə endikdən dərhal sonra Tires aerodromunda "planlı əməliyyat çərçivəsində" saxlanılıb. Mənbənin bildirdiyinə görə, Ekklstounun üzərində tüfəng olub. 2022-ci ildə də Braziliya hava limanında yoxlama zamanı Ekklstounun üzərində qeydiyyata alınmamış tapança aşkar olunmuşdu. Ekklstoun dindirilmə zamanı silahın özünə məxsus olduğunu etiraf etsə də, onun baqajda olmasından xəbərsiz olduğunu bildirmişdi. Biznesmen girov müqabilində azadlığa buraxılmışdı. Qeyd edək ki, Ekklstoun 1978-2017-ci illərdə "Formula-1"in rəhbəri vəzifəsini icra edib. Bu postda onu amerikalı Çeyz Keri əvəzləyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər