Digər
İranın nümayəndə heyəti ABŞ-a gedə bilər - Bəqai
Əgər ABŞ öz öhdəliklərini yerinə yetirərsə və İran nümayəndə heyətinə vaxtında viza verərsə, İran BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Bəqainin sözlərinə görə, Tehran bu platformadan İranın cari məsələlərlə bağlı mövqeyini göstərmək üçün istifadə etmək niyyətindədir.
Mənbə
axar.az