İdman
Ronaldu rəqib futbolçuya ötürülən qeydə gizlicə baxarkən görüntülənib - VİDEO
"Ən-Nəsr"in hücumçusu və kapitanı Kriştianu Ronaldu "Əl-İttihad"ın müdafiəçisi Danilu Pereyranın arxasında dayanaraq məşqçinin ona ötürdüyü qeydə baxmağa çalışıb. Oxu.Az bu barədə Championat.com-a istinadən xəbər verir.
Həmyerlisi Ronaldunu gördükdə buna təbəssümlə reaksiya verib. Komandalar arasında keçirilən qarşılaşma "Əl-İttihad"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Səudiyyə Ərəbistanı çempionatında beş turdan sonra 12 xal toplayan "Ən-Nəsr" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xalla "Əl-Hilal" başçılıq edir. Cari mövsümdə Ronaldu Pro Liqada dörd oyunda iştirak edib və iki qolla yadda qalıb. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Mənbə
oxu.az