Digər
Ermənistanın başqa bazarlara yönəlməsi… - Overçuk
Ermənistandan olan tərəfdaşlarımızın başqa bazarlara yönələ biləcəklərinə şübhə ilə yanaşıram.
Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın digər bazarlara yönəlmək cəhdləri barədə danışarkən deyib.
“Onlara müəyyən qədər yardım göstərilib. Lakin bu onlar üçün böyük və ənənəvi bazar olan Rusiya bazarı ilə müqayisə oluna bilməz. Bu gün vəziyyət elədir ki, biz öz bazarımızı qorumağa məcburuq. Biz erməni tərəfdaşlarımıza bunun üzərində birlikdə işləməyi təklif edirik”, – o bildirib.
Mənbə
axar.az