Dünya
Türkiyənin nüvə layihəsində SON MƏRHƏLƏ - İlk reaktor nə vaxt işə düşəcək?
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) birinci enerji blokunun 2026-cı ilin sonuna qədər istismara verilməsinin planlaşdırıldığını bildirib. Oxu.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, nazir bu barədə müsahibəsində danışıb. "Hazırda birinci reaktorun sınaq mərhələsindəyik. Məqsədimiz sınaqları mərhələli şəkildə tamamlayaraq ilk reaktoru 2026-cı ilin sonunadək istismara vermək və elektrik enerjisi istehsalına başlamaqdır. Digər reaktorların da tikintisi davam edir. Üçüncü və dördüncü reaktorların inşası ilə yanaşı, məlumatların emalı mərkəzi də yaratmağı planlaşdırırıq", - deyə nazir qeyd edib. Bayraktar bildirib ki, pandemiya, xammal qiymətlərinin artması və tikinti xərclərinin yüksəlməsi kimi bir sıra amillərə görə "Akkuyu" AES-in dəyəri ilkin olaraq planlaşdırılan 20 milyard dolları ötüb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər