Dünya
Meksikada dini festivalda fişənglərin partlaması faciəyə səbəb olub - FOTO - VİDEO
Meksikada dini festival zamanı atəşfəşanlıq vasitələrinin partlaması nəticəsində azı 20 nəfər xəsarət alıb. Oxu.Az "Daily Express"ə istinadən xəbər verir ki, hadisə bazar günü gecə Temaskalsinqo bələdiyyəsinin Santa-Mariya-Kançes icmasında baş verib.
Partlayış icmanın müqəddəs himayədarının gününün qeyd olunmasına hazırlıq işləri görülərkən baş verib. Zərbə dalğasının təsiri nəticəsində kilsəyə bitişik tikili uçub. Dağıntılar altında qalanların axtarışı üçün əraziyə xilasedici briqadalar cəlb olunub. İlkin məlumatlara görə, 30-dan çox insanın yaralanmış ola biləcəyi bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə kilsənin ətrafındakı ərazinin dağıntılarla örtüldüyü görünür. Hadisə nəticəsində ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur. Xilasetmə əməliyyatı davam etdirilir.

Mənbə
oxu.az