Dünya

Meksikalı atlet "Taxt oyunları" cəngavərinin dünya rekordunu yeniləyib - FOTO - VİDEO

06 Sep 2026, 15:00 2 baxış
Meksikalı atlet "Taxt oyunları" cəngavərinin dünya rekordunu yeniləyib - FOTO - VİDEO
Meksikalı ağır atlet Raul Flores güc idmanları tarixində yeni səhifə açaraq islandiyalı pauerlifter və aktyor Haftor Byörnssonun "deadlift" üzrə dünya rekordunu yeniləyib. Oxu.Az xəbər verir ki, tarixi hadisə Böyük Britaniyanın Birmingem şəhərində keçirilən nüfuzlu "Giants Live Strongman" güc şousu çərçivəsində baş verib.

26 yaşlı idmançı 511 kiloqram ağırlığı qaldıraraq sabit saxlamağa nail olub. Bu nəticə islandiyalı atletin 2025-ci ildə müəyyənləşdirdiyi göstəricidən 1 kiloqram çoxdur. Qeyd edək ki, 2026-cı ilin yayında Haftor Byörnsson öz rekordunu yeniləməyə cəhd göstərsə də, buna nail ola bilməyib. Floresin nəticəsini xüsusilə diqqətçəkən edən məqamlardan biri də idmançıların fiziki göstəricilərindəki fərqdir. Meksikalı atletin çəkisi 165 kiloqram olduğu halda, islandiyalı idmançının çəkisi 200 kiloqramdan çoxdur. 37 yaşlı Haftor Byörnsson yalnız güc yarışlarındakı uğurları ilə deyil, həm də məşhur "Taxt oyunları" serialında "Dağ" ləqəbli cəngavər Qreqor Kliqan obrazını canlandırması ilə dünya şöhrəti qazanıb. Corc R.R.Martinin romanları əsasında çəkilən ekran əsərində onun canlandırdığı obraz böyük gücü ilə seçilirdi. Lakin İngiltərədə keçirilən real idman yarışında meksikalı atlet məşhur rəqibini geridə qoymağı bacarıb. Corc Martinin romanları əsasında çəkilən ekran əsərində onun obrazı qorxunc gücə malik idi. Lakin İngiltərədə keçirilən real idman yarışında meksikalı atlet məşhur nəhəngi geridə qoymağı bacarıb.
Meksikalı atlet "Taxt oyunları" cəngavərinin dünya rekordunu yeniləyib - FOTO - VİDEO Meksikalı atlet "Taxt oyunları" cəngavərinin dünya rekordunu yeniləyib - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər