Digər

ABŞ, Britaniya və Norveç hərbi təlimlər keçirdi

06 Sep 2026, 15:43 3 baxış
ABŞ, Britaniya və Norveç hərbi təlimlər keçirdi

Böyük Britaniya, ABŞ və Norveç silahlı qüvvələri NATO-nun “Arktik keşikçi” missiyası çərçivəsində Yan Mayen adasında hərbi təlimlər keçirib.


Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.


“Böyük Britaniya silahlı qüvvələri Norveç və ABŞ-dan olan müttəfiqləri ilə birlikdə Arktikadakı ucqar Yan Mayen adasına yerləşdirilib. Üçtərəfli əməliyyat “Arktik keşikçi” proqramının bir hissəsi olub”, – məlumatda bildirilib.


Təlimlər “Atlantic City” əməliyyatı çərçivəsində avqustun 26-dan sentyabrın 4-dək keçirilib. Təlimlər zamanı üç ölkənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlı qüvvələri və dəniz piyadaları regionda fəaliyyətlərin əlaqələndirilməsi üçün müxtəlif sensor və kommunikasiya sistemlərindən istifadə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər