Digər
ABŞ Ukrayna ilə bağlı cəhdlərini yenidən bərpa etdi
ABŞ Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli istiqamətində cəhdlərini yenidən bərpa edib.
Axar.az xəbər verir ki, bu barədə “The American Conservative” (TAC) ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin Moskvaya səfəri ilə bağlı bildirib.
“Ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya etdiyi qeyri-adi səfərdən sonra baş tutan bu səfər göstərir ki, Tramp administrasiyası bir neçə aylıq nisbi diplomatik durğunluqdan sonra atəşkəsə nail olmaq səylərini yenidən bərpa edir”, – nəşr yazıb.
Mənbə
axar.az