Cəmiyyət

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

05 Sep 2026, 19:22 2 baxış
Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan əsilli prokuror Etibar Səmədovu xidmətinə görə mükafatlandırıb.


Axar.az Report-a istinadən xəbər verir ki, Vladimir Zelenski müvafiq sərəncamı ilə Donetsk vilayəti hərbi prokurorluğunun rəhbəri, Səmədov Etibar Xəqani oğlunu "Əmək və şücaətə görə" medalı ilə təltif edib.


Qeyd edək ki, əslən Azərbaycanın Tovuz rayonunundan olan E.Səmədov uzun müddətdir ki, Ukrayna prokurorluq orqanlarında çalışır. Son vaxtlar isə Donetsk vilayətinin hərbi prokurorluğuna rəhbərlik edir.

Mənbə axar.az

Oxşar Xəbərlər