İqtisadiyyat
Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? - VİDEO
Dövlət büdcəsində ilin yeddi ayı üzrə 3.4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir. Bu dövrdə büdcənin gəlirləri proqnozu 855.9 milyon manat və ya 3.8% üstələyib. Nazirlik isə daxili borclanma məqsədilə istiqraz buraxıb.
Baku TV-nin məlumatına görə, sentyabrın 1-də Bakı Fond Birjasında tədavül müddəti 1 080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracda 200 milyon manatlıq ilkin buraxılış həcmi nəzərə alınsa da, investorlar tərəfindən təqdim edilən sifarişlərin ümumi məbləği 499.2 milyon manat təşkil edib. Bunun 345.9 milyon manatlıq hissəsi təmin olunub. Başqa sözlə, Maliyyə Nazirliyi bu hərracda sözügedən məbləğdə borc alıb. Maraqlıdır, büdcədə gəlirlərin xərcləri 3.4 milyard manat üstələdiyi halda borclanma nə ilə bağlıdır?

Mənbə
oxu.az