Cəmiyyət
Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur - VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsi, "3-cü massiv" adlanan ərazidə yaşayan vətəndaş tullantı sularının həyətinə axmasından şikayətçidir. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən sakinlər küçədə "şambo" qazdırıblar. Lakin quyunun vaxtlı-vaxtında boşaldılmaması nəticəsində yığılan çirkli sular daşaraq şikayətçinin həyətinə dolur. Vətəndaşın sözlərinə görə, yaranan antisanitar vəziyyət evdən çıxmağı çətinləşdirib, hətta tikiliyə zərər vurub.
Şikayətçi Kübra Poladova mövcud vəziyyətlə bağlı bunları deyib: "Burada 8 qonşu "şambo" qazdırıb. Heç kim quyunu təmizlətməkdə maraqlı deyil. Hətta suları çəkmək üçün xüsusi avtomobilin əlaqə nömrəsini də onlara təqdim etmişik ki, problemi həll etsinlər, lakin nəticə yoxdur. Vəziyyət çox acınacaqlıdır, ərazidən keçmək mümkün olmur. Borulardan axan çirkli su birbaşa qapımızın ağzına dolur. Evimizin altı davamlı olaraq suyun içindədir". Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun və Səbail Rayon Sukanal İdarəsinin məsul şəxsləri tərəfindən qeyd olunan ünvana yerində baxış keçirilib və müvafiq izahat verilib. Aidiyyəti üzrə rəsmi müraciət olunub. Ünvan nəzarətə götürülüb.

Mənbə
oxu.az