İdman
Nyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil", - deyə bannerin üzərində yazılıb. Həmçinin "İnfantino rədd olsun" heşteqindən də istifadə olunub. Qeyd edək ki, iyul ayında İnfantinonun "FIFA Forward Enterprise" şirkətini yaratmaq planları məlum. Həmin şirkət FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət etmək üçün nəzərdə tutulub. Təşkilat bildirib ki, layihə 4.2 milyard dollar cəlb edə bilər. UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası və KONMEBOL təşəbbüsə qarşı çıxıblar. Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra milli federasiyalar İnfantinoya dəstək ifadə ediblər. 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevral ayından bəri FIFA-ya rəhbərlik edir. Təşkilata növbəti prezident seçkisi 2027-ci ilin mart ayında Mərakeşdə keçiriləcək.
Mənbə
oxu.az