Cəmiyyət

Ermənistana növbəti tədarük həyata keçirildi

05 Sep 2026, 13:03 29 baxış
Ermənistana növbəti tədarük həyata keçirildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.


Axar.az xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.


Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər